Hacı Natiq prezidentin tapşırığı ilə azadlığa buraxılıb


Nardaran sakini Natiq Kərimovun qəsəbə icması ilə daxili işlər naziri Ramil Usubov arasında danışıqların nəticəsi olaraq azadlığa buraxılması haqda iddia həqiqəti əks etdirmir.

Bu haqda Dövlət Təhlükəsizliyi Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən virtualaz.org-a bildiriblər.

Açıqlamada deyilir ki, N.Kərimovun saxlanılmasından etibarən prezident onun məsələsini şəxsi nəzarətində saxlayıb. N.Kərimovun səhhətinin pisləşməsini və yaşını nəzərə alaraq dövlət başçısı humanistlik nümayiş etdirib və onun ev dustaqlığına buraxılmasını tapşırıb.

DTX-nin ictimaiyyətlə əlaqələr şöbəsi bildirir ki, cənab prezident Azərbaycanın hər bir vətəndaşının probleminə xüsusi diqqət və həssaslıqla yanaşır.

Nardaran ağsaqqalı Natiq Kərimov vətənə xəyanət ittihamı ilə DTX tərəfindən həbs edilmişdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu