“Bakı kart” bütün paytaxt avtobuslarında istifadə olunacaq


Tezliklə paytaxtın digər avtobuslarında da vahid gediş haqqı istifadə olunacaq

Azərbaycan paytaxtında fəaliyyət göstərən metro və avtobusların bir qismində artıq kart sistemi tətbiq olunub. Tezliklə Bakının digər avtobuslarında da vahid gediş haqqı istifadə olunacaq.

Virtualaz.org saytının xəbərinə görə, bu barədə nəqliyyat nazirinin müavini Musa Pənahov məlumat verib.

Nazir müavini bildirib ki, yeni sistem insanlara rahatlıq yaradır: "Bundan başqa, avtobuslara minib-düşmənin sürətini artırır. Bu da avtobusların dayanacaqlarda daha az dayanmasına səbəb olur”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu