QHT Şurası layihələrlə əlaqədar ekspertlərin rəylərini mətbuatda dərc edəcək


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası bu il qrant müsabiqəsi ilə bağlı təqdim olunmuş layihələrlə əlaqədar ekspertlərin rəylərini mətbuatda dərc edəcək.

Bunu Şuranın 2015-ci ildəki fəaliyyəti haqqında hesabat konfransında qurumun sədri Azay Quliyev bildirib.

A. Quliyev deyib ki, bu, Şuranın fəaliyyətinin daha şəffaf qurulması istiqamətində atılmış növbəti bir addım olacaq. O, hazırda Şuranın nəzdində Apelyasiya Şurasının fəaliyyət göstərdiyini, qrant müsabiqəsindən narazı qalan QHT-lərin müraciətlərinə baxıldığını da nəzərə çatdırıb.

Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov 2015-ci ildə Şuranın maliyyələşdirdiyi layihələrin icra səviyyəsinə görə əla, yaxşı, kafi və qeyri-kafi olaraq qruplaşdırıldığını da nəzərə çatdırıb. Daha sonra fəaliyyətində fərqlənən QHT-lərə sertifikatlar təqdim olunub.
(APA)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu