Xəlfəli faciəsindən 24 il ötür


Erməni silahlılarının Dağlıq Qarabağda mülki əhaliyə qarşı törətdiyi növbəti terror hadisəsindən 24 il ötür.


AzVision.az xəbər verir ki, 1992-ci il yanvarın 28-də Ağdamdan Şuşaya uçan 27137 saylı "Mİ-8" mülki vertolyotu ermənilər tərəfindən Xankəndi istiqamətindən qumbaraatanla vurulub. Terror hadisəsi Şuşanın Xəlfəli kəndinin yaxınlığında baş verib. Hadisə nəticəsində əksəriyyəti qadın və uşaqlardan ibarət 41 sərnişin və 3 ekipaj üzvü olmaqla, 44 nəfər dünyasını dəyişib.

Bundan əvvəl isə 20 noyabr 1991-ci ildə ermənilərin Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında "Mİ-8" vertolyotunun atəşə tutulması nəticəsində vertolyot heyəti və sərnişinlər - Azərbaycanın görkəmli dövlət və hökümət nümayəndələri, Rusiya və Qazaxıstandan olan müşahidəçilər - 19 nəfər vəfat edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu