ƏMDK-nın 2 saylı reyester idarəsi vətəndaşlara necə xidmət edir?-VİDEO


Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi daşınmaz əmlakın qeydiyyatı sahəsində müasir informasiya texnologiyalarının və qeydiyyat prosedurlarının sadələşdirilməsi yolu ilə vətəndaşlara göstərilən xidmətin keyfiyyətini artırmaqda davam edir.

Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt şəhərində yerləşən 2 saylı ərazi idarəsi də vətəndaşlara rahat və operativ xidmət göstərir. Məqsəd qeydiyyat xidmətlərini vətəndaşlara daha rahat və əlverişli üsullarla çatdırmaq, vətəndaş məmnunluğunu artırmaqdır. “Əmlak Məsələləri Dövlət Komitəsi vətəndaşlarla necə işləyir?” layihəsi əsasında Sumqayıtda apardığımız sorğu zamanı vətəndaşlar reyester xidmətinin şəffaf və nizamlı iş prinsipi ilə çalışdığını söyləyiblər. Qeyd edək ki, bir müddət öncə start götürən layihə paytaxtda və bölgələrdə davam edir. Məqsəd daşınmaz əmlakın qeydiyyatı və ünvan reyesterinin aparılması, özəlləşdirilməsi və icarəsinin hansı formada həyata keçirilməsi, bu sahədə hansı mexanizmlərin tətbiq edildiyi və digər suallara cavab tapmaqdır.

[media=https://www.youtube.com/watch?v=zIqWfZk0ck0]



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu