Azərbaycan pasportu dünyanın ən güclüləri arasında


Dünyanın ən güclü pasportları reytinqi hazırlanıb. ANS PRESS-in məlumatına görə, siyahını Amerika konsaltinq şirkəti olan "Arton Capital" hazırlayıb. Siyahının hazırlanmasında Beynəlxalq Hava Nəqliyyatı Agentliyi (IATA) və digər mənbələrin məlumatlarından istifadə edilib. "Passport Power Rank" siyahısı sahibinin neçə ölkəyə vizasız səyahət edə bilməsi əsasında hazırlanıb.


Dünyanın ən güclü pasportu ABŞ-da və Böyük Britaniyada olub. Bu iki dövlətin vətəndaşları vizasız 147 ölkəyə gedə bilərlər. İkinci yerdə üç ölkə var - Fransa, Cənubi Koreya və Almaniya. Bu ölkələrin vətəndaşları 145 ölkəyə asanlıqla səyahət etmək imkanına malikdir.

Azərbaycan pasportu siyahıda 57-ci pillədə qərarlaşıb. Azərbaycanlıların 61 ölkəyə vizasız gediş-gəliş imkanı var.

Azərbaycanın ən yaxın qonşusu olan Rusiya 36, Postsovet məkanı ölkələrindən Özbəkistan 64, Ukrayna 38, Belarus 52, Qazaxıstan 53, Türkmənistan 70, Qırğızıstan 63, Tacikistan isə 64-cüdür.

Vizasızlıq qiyməti nə qədər yüksək olsa, pasport siyahıda bir o qədər yüksk yer tutur. "Pasportun gücü" qiymətləndirilməsi 199 ölkə üçün aparılıb. Onlardan 193-ü BMT üvzüdür.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu