Bakı-Barselona-Bakı reysi bərpa edildi


“Azərbaycan Hava Yolları” (AZAL) 18 iyun 2016-cı il tarixindən etibarən Bakıdan Barselonaya müntəzəm reyslərin bərpa edilməsi barədə elan edir.


AZAL-ın mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Bakı-Barselona-Bakı marşrutu üzrə birbaşa uçuşlar hər həftənin şənbə günləri yerinə yetiriləcək.

Heydər Əliyev Beynəlxalq Hava Limanından uçuş - Bakı vaxtı ilə səhər saat 07:00-da, El-Prat Beynəlxalq Hava limanına enmə - yerli vaxtla saat 09:45-də. Barselonadan uçuş - yerli vaxtla saat 11:00-da, Heydər Əliyev Beynəlxalq hava Limanına enmə - Bakı vaxtı ilə saat 19:10-da.

Bakı-Barselona-Bakı marşrutu üzrə aviabiletin qiyməti 381 avrodan başlayır.
Barselona – İspaniyanın muxtar vilayəti Kataloniyanın paytaxtı və böyük dəniz limanlarından biridir. Barselonada Avropa rahatlığı və aktiv şəhər həyatı, zəngin infrastruktur və mədəni təmtəraq bir-biri ilə uzlaşır.

Bakı-Barselona-Bakı reysi biznes və ekonom salonlu müasir, komfortlu Airbus A319 laynerləri ilə həyata keçiriləcək.
Biletləri şirkətin www.azal.az saytında bronlaşdırmaq və ya AZAL-ın kassalarında, həmçinin aviaşirkətin rəsmi agentliklərində əldə etmək mümkündür. Reys çərçivəsində AZAL Miles bonus proqramından istifadə etmək olar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu