“Son zəng”in vaxtı açıqlandı


Bu il ümumtəhsil məktəblərində “Son zəng” iyunun 14-ü keçiriləcək.

Lent.az-ın sorğusunu cavablandıran Təhsil Nazirliyi bildirib ki, Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarı ilə “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamna­məsi”ndə edilmiş dəyişikliyə əsasən, ümumtəhsil məktəblərində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır.

Bununla əlaqədar olaraq, “Son zəng" tədbiri də sonuncu dərs günü, iyunun 14-də keçiriləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu