Zibilliklərdən 22 şəxsiyyət vəsiqəsi tapılıb


Məişət tullantıları arasından son bir həftə ərzində 50-yə yaxın müxtəlif sənədlər - 22 şəxsiyyət vəsiqəsi, 6 pasport, 1 hərbi bilet, 3 sürücülük vəsiqəsi, 3 avtomobil texniki pasportu, 13 müxtəlif bank kartı və s. tapılıb.


Virtualaz.org saytı “Təmiz Şəhər” ASC-nin mətbuat xidmətinin məlumatına əsasən xəbər verir ki, tapılmış sənədlər səhmdar cəmiyyətin əməkdaşları tərəfindən polisə təhvil verilib.

Bakı şəhər İcra Hakimiyyətinin müvaffiq qurumlarının paytaxtdan topladığı məişət tullantıları “Təmiz Şəhər” ASC-yə təhvil verilir. Səhmdar cəmiyyətin Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda həmin tullantılar çeşidlənir və təkrar emala yararlı olan materiallar (metal, kağız-karton, plastik, şüşə və s.) ümumi kütlədən ayrılır. İş prosesi zamanı bəzən tullantıların arasından müxtəlif əşyalar, o cümlədən sənədlər aşkarlanır. Onlar “Təmiz Şəhər”in əməkdaşları tərəfindən aidiyyəti qurumlara təhvil verilir.

Sənədlərini itirmiş şəxslər Bakı şəhər Baş Polis İdarəsinin Tapıntılar bürosuna müraciət edərək tapılmış sənədlər arasında ona aid sənədin olub-olmadığını öyrənə bilər.

Zibilliklərdən 22 şəxsiyyət vəsiqəsi tapılıb



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu