Bu gecə paytaxtda 2 dərəcə şaxta olacaq


Sabah paytaxtda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Virtualaz.org saytına verilən məlumata görə, fevralın 9-da paytaxtda mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 0-2 şaxta, gündüz 4-8 dərəcə isti, Bakıda gecə 0-2 şaxta, gündüz 5-7 dərəcə isti olacaq.

Azərbaycan rayonlarında isə fevralın 9-da bəzi yerlərdə havanın yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə sulu qar, qar yağacağı ehtimalı var. Gündüz hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerdə duman olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 7-12 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 13-18 şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu