Bakı-Quba yolunda ağır qəza: 4 yaralı


Yaralılar Siyəzən Regional Diaqnostika Mərkəzinə aparılıb

Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi baş verib.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə magistral yolun 93-cü km-də qeydə alınıb. Quba rayonu, Ağbil kənd sakini, 30 yaşlı Azad Gülağa oğlu Məmmədovun idarə etdiyi 99 AE 240 dövlət nömrə nişanlı “Daewoo” markalı avtomobil yoldan çıxaraq aşıb. Qəza nəticəsində sürücü və 3 nəfər xəsarət alıb. Xəsarət alanlar Xaçmaz rayonu, Həsənqala kənd sakini, 60 yaşlı Məhəbbət Əmrulla qızı Rəsulova, Bakı şəhər sakini, 43 yaşlı Mehbarə Şükür qızı Musayeva və Qubanın Söhübqışlaq kənd sakini, 58 yaşlı Fərhad İbrahim oğlu Ərzumanovdur.

Yaralılar Siyəzən Regional Diaqnostika Mərkəzinə aparılıb.

Faktla bağlı araşdırmalar aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu