AZAL Moskva-Bakı reysinə xüsusi endirim tətbiq etdi


“Azərbaycan Hava Yolları” (AZAL) Moskvadan Azərbaycanın paytaxtına - Bakı şəhərinə olan uçuşlara yeni promo-aksiya elan edir.


AZAL-dan Trend-ə verilən məlumata görə, “Budget” tarifi üzrə Moskva-Bakı aviabiletini fevralın 9-dan martın 1-dək əldə etdikdə qiymət cəmi 69 avro, Moskva-Bakı-Moskva istiqamətinə isə cəmi 158 avro təşkil edəcək. Qiymətə bütün vergi və yığımlar daxildir.
AZAL-ın Moskvadan Bakıya uçuşları hər gün “Domodedovo” və “Vnukovo” beynəlxalq hava limanlarından həyata keçirilir.
Qeyd edək ki, Bakıdan Moskvaya “Budget” tarifi üzrə aviabiletin qiyməti 89 avro, Bakı-Moskva-Bakı marşrutu üzrə isə - 129 avro təşkil edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu