Azərbaycanla sərhəddə İran xiyarlarını Rusiyaya buraxmadılar


Rusiyada kənd təsərrüfatı məhsullarına nəzarət funksiyalarını həyata keçirən dövlət qurumu olan “Rosselxoznadzor”un mütəxəssisləri Dağıstanla Azərbaycanın sərhədində yeləşən “Yaraq-Kazmalar” keçid məntəqəsində İrandan gətirilmiş 18 min ton tərəvəzin Rusiya ərazisinə keçməsinə icazə verməyiblər.


Virtualaz.org saytı Rusiya mətbuatına istinadən xəbər verir ki, nəzarət orqanının əməkdaşları İrandan gətirilmiş 16,4 ton xiyarın və 1,7 ton badımcanın fitosanitar normalara cavab vernədiyinə görə ölkəyə daxil olmasına qadağa qoyublar.

İrandan ixrac edilmiş malı müşayiət edən sənədlərin yoxlanması zamanı fitosanitar qaydaların kobud şəkildə pozulması aşkarlanıb. Mənbə “Rosselxoznadzor”a istinadən bildirir ki, bu qayda pozuntusuna görə inzibati məsuliyyət nəzərdə tutulur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu