ABŞ-ın MDB-də demokratiya planı - 953 milyon ayrılacaq


ABŞ MDB-də demokratiyanın inkişafına 953 milyon dollar pul xərcləyəcək.


Yeni büdcə layihəsinə əsasən 2017-ci ildə Dövlət Departamentinə Rusiya ilə qonşu ölkələrdə korrupsiya ilə mübarizə və demokratik cəmiyyətlərin dəstəklənməsi ilə bağlı proqramların iclasına 953 milyon dollar ayrılacaq.

Bu barədə AzVision.az "Rosbalt"-a istinadən xəbər verir.

"Söhbət korrupsiya ilə mübarizə proqramları, enerji təhlükəsizliyi proqramının yaradılması, Rusiya ilə qonşu ölkələrdə (məsələn Ukrayna, Gürcüstan və Moldova) demokratik cəmiyyətlərin dəstəklənməsindən gedir. Bu, həmçinin Mərkəzi Asiya ölkələrinə də aiddir”, - deyə bildirilib.

Qeyd edək ki, 2017-ci ildə ABŞ-ın büdcə xərcləri 4,147 trilyon dollar, gəlirləri isə 3,644 trilyon dollar təşkil edəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
menyu
menyu