Yanvarda 48 qanunsuz ovçu saxlanıb


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ölkə ərazisində növbəti reydlər keçirib.


Nazirliyin mətbuat xidmətindən TİA.AZ-a verilən məlumata görə, reydlər “Ovçuluq haqqında” qanunun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması və qanunsuz ov edilməsi hallarının qarşısının alınması məqsədilə keçirilib.
Nazirlikdən bildirilib ki, bu ilin yanvar ayı ərzində keçirilən reydlər zamanı qanunsuz ov etməyə cəhd edən 48 nəfər saxlanılıb. Onlardan 43 ədəd ov tüfəngi və 202 ədəd patron maddi sübut kimi götürülüb. 41 qanun pozucusu barəsində akt və protokol tərtib olunaraq hər biri 1000 manat olmaqla, ümumilikdə 41 000 manat məbləğində cərimə tətbiq edilib.
Bundan başqa, sənəd təqdim etməyən 7 təqsirkar şəxs barəsində isə tədbir görülməsi, şəxsiyyətlərinin müəyyənləşdirilərək qanunvericiliyə uyğun qaydada məsuliyyətə cəlb edilməsi məqsədilə aidiyyəti Rayon Polis şöbələrinə müraciət olunub.
Qanunsuz ov hallarının qarşısının alınması məqsədilə reydlər davam etdirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu