Rövnəq Abdullayevin oğlu planlarından danışdı


Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayevin oğlu, Türkiyədə fəaliyyət göstərən İNDEX adlı təşkilatın rəhbəri Rəşad Abdullayev azvison.az saytına müsahibə verib.

O, müsahibəsində rəhbəri olduğu təşkilatın fəaliyyətindən və Türkiyədəki təhsilindən danışıb.

Rəşad Abdullayev, həmçinin Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin problemlərinə də toxunub: "Türkiyə qardaş ölkə olsa da ailəmizdən, vətənimizdən uzaqda hər zaman qəriblikdə oluruq.
Əlbəttə, burada da, başqa ölkələrdə olduğu kimi, bəzi problemlər olur. Biz INDEX olaraq tələbələrimizə az da olsa dəstək olmaq üçün hər yarım ildə təqaüd təqdim edirik. Az da olsa onlara maddi cəhətdən yardım etməyə çalışırıq. Ancaq buna baxmayaraq, gücümüz yetdikcə başqa problemlərinə də dəstək olmağa çalışırıq. Bura qardaş ölkə olduğu üçün və eyni mədəniyyətə sahib olduğumuz üçün deməzdim ki, tələbələrimizin burada çox problemi olur".
Təhsilini bitirdikdən sonra vətənə qayıtmağı düşünən R. Abdullayev azərbaycanlı gənclərin təhsil səviyyəsinə də münasibət bildirib: "Təhsilimi bitirdikdən sonra vətənə mütləq qayıdacağam. Vətən hər zaman hər şeydən önəmlidir. Vətəndən kənarda göstərdiyimiz bütün fəaliyyətlər vətənimiz üçündür. Düşünürəmki hər şeyin təməlində təhsil durur. Təhsilli insana hər zaman hər yerdə yaşıl işıq yanır. İnsan hər zaman öz üzərində çalışmalıdır. Gələcəyə inamla addımlamalıdır. Nə qədər ki, gəncik, biz hər zaman öz üzərimizdə işləməli və bacardıqca yüksək bilgilərə sahib olmalıyıq".

[thumb]http://afn.az/uploads/posts/2015-03/1425541596_rov2.jpg[/thumb]

[thumb]http://afn.az/uploads/posts/2015-03/1425541606_rov3.jpg[/thumb]

[thumb]http://afn.az/uploads/posts/2015-03/1425541570_rov4.jpg[/thumb]



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu