Pornoqrafiyadan milyon qazanan azərbaycanlılar-FOTO


Azərbaycanda mobil telefonlara pornoqrafik məzmunlu virus yayıldığı aşkar olunub.

Yerli mobil operator istifadəçiləri “Report”a müraciət edərək, telefondan bəzi xəbər saytlarına keçid edərkən “hot-ero.net” saytına yönləndirildiklərini bildiriblər.

Virusun telefona daxil olması nəticəsində abunəçinin balansından pul silinir və erotik məzmunlu video təqdim olunur. Sonradan abunəçiyə həmin xidmətdən imtina etməyin qaydasının yer aldığı SMS gəlir. Bildirilir ki, eyni cür virus, həmçinin wap.edugate.az saytına keçidi də təmin edir.

Araşdırma nəticəsində virus yayılan erotik məzmunlu xidmətin mobil operatorlar üçün “Navigator Mobile Services” (NMS) şirkəti tərəfindən təqdim olunduğu müəyyənləşib.
O əlavə edib ki, qısa yoxlamadan sonra NMS şirkətinin (www.nms.az) və həmin pornoqrafik videolar yayan saytların sahiblərinin eyni şəxslər - Aslan Hacıyev və Anar Hacıyevin olduğu müəyyənləşib: “Bu da şirkət tərəfindən həmin videoların məzmunundan xəbərsiz olduğunu istisna edir”.

Vəkil Kamandar Nəsibov məsələ ilə bağlı bildirib ki, bu fakt Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin İctimai mənəviyyat əleyhinə cinayətlər fəslinə daxildir.
Onun sözlərinə görə, Cinayət Məcəlləsinin 242-ci maddəsinə görə pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma və ya reklam məqsədilə qanunsuz hazırlama, yayma, reklam etmə, habelə pornoqrafik xarakterli nəşrlər, kino və ya video materiallar, şəkillər və sair əşyalar ilə qanunsuz ticarətə görə üç ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Vəkil vurğulayıb ki, əvvəllər bu maddə ilə cəza 2 ilədək azadlıqdan məhrumetməni nəzərdə tuturdusa, son dəyişikliklərlə məsuliyyət daha da artırılıb.

[medium]http://afn.az/uploads/posts/2015-03/1425546203_porn1.jpg[/medium]

[medium]http://afn.az/uploads/posts/2015-03/1425546251_porn2.jpg[/medium]

[medium]http://afn.az/uploads/posts/2015-03/1425546172_porn3.jpg[/medium]

[medium]http://afn.az/uploads/posts/2015-03/1425546198_porn4.jpg[/medium]

[medium]http://afn.az/uploads/posts/2015-03/1425546182_porn5.jpg[/medium]

[medium]http://afn.az/uploads/posts/2015-03/1425546260_porn6.jpg[/medium]



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu