Bakıda dövlət qurumunun əməkdaşı qəzaya düşdü


Bakıda xarici ölkə vətəndaşının sürdüyü avtomobillə dövlət qurumu əməkdaşının idarə etdiyi maşın toqquşub.


Hadisə Səbail rayonu, Salyan yolu, 14-ün qarşısında baş verib.

Belə ki, İran Ruhi Tahir oğlunun idarə etdiyi “Volvo” markalı yük avtomobili ilə Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Nəcməddin Allahverdiyevin idarə etdiyi Dövlət Gömrük Komitəsinə (DGK) məxsus “Wolksvagen” markalı 90AC506 nömrəli avtomobil toqquşub. Qəza nəticəsində DGK-ya məxsus avtomobil ciddi ziyan dəyib. Ağır xəsarət alan olmayıb.

Faktla bağlı Səbail Rayon Polis İdarəsinin (RPİ) 8-ci Polis Bölməsində (PB) araşdırma aparılır. (“Report”)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
menyu
menyu