Bakının mərkəzi küçələrindən biri təmirə bağlanıb


I Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar nəzərdə tutulmuş tədbirlər planı çərçivəsində bu gündən etibarən Süleyman Rüstəmov küçəsinin təmirinə start verilib.

Bu barədə “Azəryolservis” ASC-dən məlumat verilib.

"Hazırda uzunluğu 220 m, eni isə 14 m təşkil edən küçədə köhnə asfalt-beton örtüyünün frez mexanizmi vasitəsilə qaşınıb çıxarılması işləri aparılır", - deyə qurumdan bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu