Mələkxanım Əyyubovanın bacısı işdən çıxarılıb?-AÇIQLAMA


Xalq artisti Mələkxanım Əyyubovanın bacısı işdən çıxarılıb. “Qafqazinfo”ya daxil olan məlumatda bildirilir ki, Şamaxı rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Məleykə Kamilova bir neçə gün əvvəl işdən azad olunub. Daha sonra qeyd olunur ki, buna səbəb xalq artistinin bacısından rüşvət tələb olunmasıdır. O isə pulu vermədiyi üçün işindən kənarlaşdırılıb.

Məsələni dəqiqləşdirmək üçün Şamaxı Rayon Mədəniyyət və Turizm Şöbəsi ilə əlaqə saxladıq. Şöbə müdirini əvəz edən Rafael Tağızadə “Qafqazinfo”ya açıqlamasında Məleykə Kamilovanın öz ərizəsi ilə işdən ayrıldığını bildirib: “Məleykə Kamilovadan heç kim pul istəməyib. Sadəcə Məleykə xanımdan yox, burada heç kimdən pul tələb olunmayıb. Tamamilə səhv məlumatdır, qərəzli informasiyadır. Mədəniyyət müəssisəsindən heç kim pul istəmir. Məleykə xanım öz istəyi ilə ərizə yazaraq çıxıb. Eşitdiyimə görə, səhhətində olan problemlərə görə işdən ayrılmalı olub və yaxın zamanlarda yeni bir işlə də təmin olunacaq”.

Sözügedən məlumatla bağlı Məleykə Kamilovanın fikirlərini öyrənmək istəsək də, o, telefonlarımıza cavab verməyib.

Bacısı Mələkxanım Əyyubova bu barədə danışmaq istəmədiyini bildirib: “Mən elə işlərə qarışmıram, sənətçi adamam”.

***

Məleykə Kamilova moderator.az saytına açıqlamasında işdən çıxarılmasına münasibət bildirib. O qeyd edib ki, oğlu xəstə olduğuna görə işdən çıxıb: “Bəli, mən öz ərizəmə əsasən işdən azad olunmuşam. Oğlum xəstəydi və onu müalicəyə aparacaqdım deyə ərizə yazmışam. Ərizəmi bir ay müddətində geri götürməmişəm və ona görə də işdən azad olunmuşam. Səhhətimə gəlincə, mən xəstə deyiləm, bəlkə də orada hamıdan sağlam adam mənəm. Mənə təklif olunan işdən də imtina etməmişəm, mən işləmək istəyirəm. Yenidən mədəniyyət sahəsində işləyəcəyəm, işləməsəm qala bilmərəm. Yeni işlə təmin olunmağımla bağlı rayonumuzun icra başçısı mədəniyyət və turizm nazirimiz cənab Əbülfəz Qarayevə məktub ünvanlayıb. Mən də məktuba veriləcək cavabı gözləyirəm”.

Qeyd edək ki, Məleykə Kamilova eyni zamanda gənc müğənni Mirkamil Kamilovun anası, müğənni Ramal İsrafilovun isə bibisidir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu