İmişlidə iki yük maşını toqquşub, xəsarət alanlar var


İmişli rayonunda iki yük maşını toqquşub.


"Report"un məlumatına görə, hadisə rayonun Bəcirəvan kəndi ərazisində qeydə alınıb. Belə ki, rayonun Qaralar kənd sakini, 25 yaşlı Samir İlqar oğlu Qənbərov idarə etdiyi "KamAZ" markalı yük maşını ilə hərəkətdə olarkən qarşıdan gələn "Shagman" markalı yük maşını ilə toqquşub. Baş verən yol qəzası nəticəsində "KamAZ"ın sürücüsü və "Shagman"da olan sərnişin, 25 yaşlı Babək Güloğlan oğlu Fəzillu müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. Yaralılar İmişli Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb, onların vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu