Mübariz Mənsimov İstanbuldakı "The Edition” otelini satdı


Tanınmış azərbaycanlı iş adamı Mübariz Mənsimov İstanbuldakı “The Edition” otelini satıb.

Fins.az xəbər verir ki, bu barədə biznesmen Türkiyə mətbuatına bildirib.

İqtisadi vəziyyətinin çətinləşmədiyini, lakin yaxşı qiymətə alan olsa, bir sıra biznesini sata biləcəklərini deyən M. Mənsimov yalnız dənizçilik sahəsindəki fəaliyyətlərini heç vaxt dayandırmayacaqlarını bildirib.

Əsas işlərinin dənizçilik olduğunu deyən iş adamı Türkiyədə bu sahədə ən geniş fəaliyyət göstərən şirkətlərdən biri olduqlarını vurğulayıb. İş adamı hələki İstanbuldakı “The Edition” otelindən başqa heç bir obyektini satışa çıxarmadıqlarını deyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu