“Lada”lar bahalaşır


Rusiyanın “AvtoVAZ” şirkəti fevralın 15-dən etibarən “Lada” markalı avtomobillərin qiymətini qaldırır.

“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, şirkət yeni “Vesta” və “Xray” modellərindən başqa, bütün avtomobillərin qiymətində 5 faiz artım edib.

2015-ci illə müqayisədə “AvtoVAZ” bu il qiymətləri 4 dəfə qaldırıb. Şirkət sonuncu dəfə ötən ilin sentyabrında “Lada Granta”, “Lada Kalina”, “Lada Gargus” və “Lada 4x4” modellərinin qiymətini 3 faiz artırıb.

Xatırladaq ki, “AvtoVAZ” maşınların pərakəndə qiymətini 2015-ci ilin yanvar, mart və avqust aylarında qaldırmağı məsləhət görmüşdü. O vaxt Rusiyada ən çox satılan “Lada Granta”nın qiyməti 12 faiz qaldırılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu