170 min dollara bu icra başçısının müavini olacaqdı- AÇIQLAMA


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sabiq Aparat rəhbəri Səfər İmanovun 170 min dollara hansı icra başçısının müavini vəzifəsini vəd etdiyi məlum olub.

AFN.az-ın məlumatına görə, bu barədə zərərçəkmişin vəkili Adəm Məmmədov bildirib: “Səfər İmanov bir neçə il əvvəl hazırda hüquqlarını müdafiə etdiyim şəxsdən Binəqədi rayon icra başçısının (RİH) müavini vəzifəsinə təyinat alacağı vədilə 170 min ABŞ dolları alıb”.

Qeyd edək ki, S.İmanov 1 noyabr 2015-ci ildə AQUPDK-nun Aparat rəhbəri vəzifəsindən azad edilib. Onun vətəndaşlardan birindən 170 min ABŞ dolları aldığı, həmin şəxsə bu vəsait müqabilində rayon icra başçısının müavini vəzifəsinə təyinat vəd etdiyi bildirilir. Sabiq aparat rəhbərinin ölkədən qaçdığı deyilir. Vəkil A.Məmmədov isə iddia edir ki, 170 min dolların alınmasında komitə sədri Hicran Hüseynovanın da iştirakı olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu