Yaşayış binası yandı: 20 nəfər təxliyə olundu, 1 nəfər yaralandı


Bakıda yaşayış binasında yanğın olub.

AFN.az Fövqəladə Hallat Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 96 kv.m olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 20 kv.m sahədə yanıb.
Yanğın zamanı 1 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb və yuxarı mərtəbələrdən 20 nəfər sakin yanğınsöndürənlər tətəfindən təxliyə olunub.
Mənzilin qalan hissəsi yanğından mühafizə edilib. Yanğın saat 05:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu