"Unibank"da kadr dəyişikliyi olub


"Unibank" ASC-nin İdarə Heyətinin tərkibində dəyişiklik baş verib. Asəf Hüseynov risklərin idarə edilməsi üzrə direktor, İdarə Heyətinin üzvü, baş risk inzibatçısı təyin edilib.


"Report"un Banka istinadən verdiyi xəbərə görə, bundan əvvəl həmin vəzifəni Azad Qasımov tutub.
Qeyd edək ki, hazırda Bankın İdarət Heyətinin tərkibi sədr Faiq Hüseynov və iki üzv - Asəf Hüseynov və Emin Rəsulzadədən ibarətdir. E.Rəsulzadə həm maliyyə direktoru, həm də baş maliyyə inzibatçısıdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
menyu
menyu