​“Aztelekom” MMC-ni məhkəməyə verib


“Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) İstehsalat Birliyi (İB) “SST Mühəndislik və Maşınqayırma” MMC-ni məhkəməyə verib.


"Report"un məlumatına görə, İB cavabdehdən 3 717 manat məbləğində dəymiş ziyanın və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 3 747 manat məbləğində pulun “Aztelekom” İstehsalat Birliyi Kabel Magistrallarının Texniki Qovşağının xeyrinə tutulması barədə tələb irəli sürüb.
2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı qismən təmin edib.
Qərardan narazı qalan “SST Mühəndislik və Maşınqayırma” MMC apellyasiya şikayəti verib. İşə Bakı Apellyasiya Məhkəməsində baxılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu