Bakıda Küveyt səfirliyinin avtomobili qəzaya düşüb


Bakıda səfirliyə məxsus avtomobil qəzaya düşüb.


“Report”un xəbərinə görə, hadisə Nəsimi rayonu ərazisində baş verib.
Səməd Vurğun küçəsi, 96 ünvanında Bakı şəhər sakini Elvin Babaşovun idarə etdiyi “KİA Optima” markalı avtomobillə Küveyt vətəndaşı Abdulbaida Abdullanın idarə etdiyi “Toyoto Prado” markalı avtomobil toqquşub.
A.Abdullanın idarə etdiyi avtomobil Küveyt səfirliyinə məxsus olub.
Qəza zamanı avtomobillərə zərər dəysə də, xəsarət alan olmayıb.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
menyu
menyu