Azərbaycanda daha bir avtobus qəzası- Yaralılar var


Bakı-Sumqayıt yolunda yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, hadisə Bakı-Sumqayıt yolunun Ceyranbatan ərazisindən keçən hissəsində qeydə alınıb.

BMW X5 markalı minik avtomobili sərnişin avtobusu ilə toqquşub.

Qəza nəticəsində BMW-nin sürücüsü, 1986-cı il təvəllüdlü Zöhrab Əliyev və avtobusun sürücüsü, 1985-ci il təvəllüdlü Seymur Babayev xəsarətlər alıblar. Onlar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı yol polisi tərəfindən araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
menyu
menyu