İki iş adamının həbsi uzadıldı- "Beynəlxalq Bank işi"


Bu gün Nərimanov Rayon Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən kredit götürərək qaytarmamaqda günahlandırılan “Azərbaycan Consaltinq Qrup” MMC-nin rəhbəri Erhan Cavad Yavuz barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.

AzVision.az xəbər verir ki, bu barədə report-a E.Cavadın vəkili Sadiq Rəsulov məlumat verib.

Vəkilin sözlərinə görə, iş adamı barəsində həbs qətimkan tədbirinin müddəti üç ay artırılıb.

Qeyd edək ki, Erhan Cavad Yavuz 2015-ci ildə saxlanılıb. O, "Azərbaycan Beynəlxalq Bankı" ASC-dən kredit götürərək qaytarmamaqda ittiham olunur. İş adamı barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə bir neçə dəfə onun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.

Nərimanov Rayon Məhkəməsinin digər qərarı ilə “Beynəlxalq Bank işi”nə görə saxlanılan "Şəki İpək Aqro" MMC-nin icraçı direktoru Cavid Muxtarov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.

"Report"un əldə etdiyi məlumata görə, iş adamı barəsində həbs qətimkan tədbirinin müddəti üç ay artırılıb.

Qeyd edək ki, daha əvvəl “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən kredit götürərək qaytarmamaqda günahlandırılan “City Developer” MMC-nin direktoru Ratmir Bəkirov və “Azərbaycan Consaltinq Qrup” MMC-nin rəhbəri Erhan Cavad Yavuz barəsində də seçilmiş həbs qətimkan tədbirinin müddəti üç ay artırılıb.

Xatırladaq ki, həmin şəxslər 2015-ci ilin may ayında saxlanılıb. Onlar barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə bir neçə dəfə onlar barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu