İlhamə Quliyeva II Fəxri Xiyabanda dəfn ediləcək


Azərbaycanın xalq artisti İlhamə Quliyeva ilə vida mərasimi sabah saat 12.00-dan 14.00-dək Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında keçiriləcək.

Bu barədə "Report"a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, xalq artisti II Fəxri Xiyabanda dəfn ediləcək.
Qeyd edək ki, İlhamə Quliyeva bu gün səhər saatlarında 73 yaşında dünyasını dəyişib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu