​İlqar Məmmədov və Tofiq Yaqublunun məhkəməsi təxirə salınıb


Şəki Apellyasiya Məhkəməsində REAL Hərəkatının həbsdə olan sədri İlqar Məmmədov və Müsavat Partiyası sədrinin həbsdə olan müavini Tofiq Yaqublunun barəsində hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə təxirə salınıb.


Bu barədə "Report"a vəkil Nemət Kərimli məlumat verib.
Səbəb kimi təqsirləndirilən şəxslərin məhkəməyə gətirilməməsi göstərilib. Məhkəmənin növbəti prosesinin vaxtı yaxın müddətdə açıqlanacaq.
Qeyd edək ki, İ.Məmmədov və T.Yaqublu 2013-cü il yanvar ayının 24-də İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunublar. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Məmmədov 7 il, T.Yaqublu isə 5 il müddətinə azadlıqdan məhrum ediliblər. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinə müraciət ediblər. Məhkəmə apellyasiya şikayətlərini təmin etməyib. Bundan sonra İ.Məmmədov və T.Yaqublu kassasiya şikayəti veriblər. Ali Məhkəmə kassasiya şikayətinə baxaraq işi təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu