​Narkotik satmaqda təqsirləndirilən şəxs məhkəmə zalından azadlığa buraxılıb


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Namiq Əmircanovun cinayət işi üzrə məhkəmə başa çatıb.


"Report"un məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü iıə N.Əmircanova bəraət verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, N.Əmircanov Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu