Bakıda 63 nömrəli marşrut avtobusu ana və qızını vurub


Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Yasamal rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə fevralın 27-də Parlament prospektində,Milli Məclisin qarşısında qeydə alınıb.

63 saylı xətt üzrə hərəkət edən "Daewoo" markalı avtobus yolu keçən 1980-ci il təvəllüdlü Səadət Hüseynova və onun qızı, 2000-ci il təvəllüdlü Nuranə Hüseynovanı vurub.

Nəticədə, ana aldığı xəsarətdən hadisə yerindəcə ölüb. N.Hüseynova isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. (APA)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu