Ekspert: "Yol polisi fiziki gücü qanunun tələblərinə uyğun tətbiq etməlidir" - RƏY


"Əgər sürücü qanuni tələblərə tabe olmursa, Yol Patrul Xidmətinin (YPX) əməkdaşı güc tətbiq edə bilər. Amma YPX əməkdaşı fiziki gücü peşəkar və qanunun tələblərinə uyğun tətbiq etməlidir".


Bunu "Report"a açıqlamasında ekspert Ərşad Hüseynov Bakı şəhəri, Xətai rayonu ərazisində Dövlət Yol Polisi (DYP) əməkdaşı ilə qadın sürücü arasında yaşanmış insidentə münasibət bildirərkən deyib.
"Bunu o adama qarşı tətbiq etmək olar ki, o, basqın etmiş və ya cinayət törətmiş olsun. Videogörüntüdə tam aydın olmur ki, həmin hadisə nəyə görə baş verib. Amma müəyyən faktlar var. Məsələn, qadın avtomobili sürücülük vəsiqəsi olmadan idarə edir. Buna görə də, həmin sürücü avtomobilin idarəetməsindən kənarlaşdırılır. Sürücü əgər qanuni tələblərə tabe olmursa, həmin sürücüyə onun hərəkətlərinin nə ilə nəticələnəcəyi izah olunur və ona bildirilir ki, sizin bu hərəkətiniz bir ay müddətində inzibati həbs olunmağınıza səbəb ola bilər. Bütün bunlardan sonra sürücü yenə də tabe olmursa, ona qarşı fiziki qüvvə tətbiq oluna bilər. Həmin fiziki gücü yol polisi də tətbiq edə bilər. Post Patrul Xidməti (PPX) isə o zaman çağırılır ki, YPX əməkldaşlarının mövcud vəziyyətlə bağlı qüvvələri çatmır. Amma yol polisi fiziki gücü peşəkar və qanunun tələblərinə uyğun tətbiq etməlidir. Yol polisi qadının qolundan tutub onu yerə atır. Bir daha deyirəm, bunu o adama qarşı tətbiq etmək olar ki, o, basqın etmiş olsun", - Ə.Hüseynov bildirib.
Ekspert yol polisinin yan şüşədən avtomobilə daxil olmasına da münasibət bildirib: "Əgər sürücü aktiv müqavimət göstərirsə, onun qolunu qandallamaq olar. Həmin videogörüntülərdə normativ hüquqi aktlara uyğun gəlməyən məqamlar var. Yol polisinin yan şüşədən maşına girməsi isə ümumiyyətlə biabırçılıqdır. Yol polisi maşına niyə girməlidir? Əgər maşında axtarış etmək lazımdırsa, onun qaydaları var. Amma qaydalarda avtomobilin yan şüşəsindən içəri gimək yoxdur. Maşını cərimə meydançasına aparmaq lazımdırsa, evokuator çağırılır, sürücü avtomobildən düşürülür və avtomobil cərimə meydançasına aparılır".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu