​Bakıda dələduzluqda təqsirləndirilən şəxsə hökm oxunub


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Eldəniz Mehdiyevin cinayət işi üzrə məhkəməsi başa çatıb.


"Report"un məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə E.Mehdiyev 10 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, ittiham aktına əsasən, E.Mehdiyev Bakı şəhər sakinlərim etimadını qazanaraq onlardan pul alıb, geri qaytarmayıb. O, həmin şəxslərin pullarını dələduzluq yolu ilə ələ keçirib. Bununla bağlı vətəndaşlar polisə müraciət ediblər.
E.Mehdiyev Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu