​"PAŞA Bank"ın yeni sədr müavini təyin olunub


"PAŞA Bank" ASC-nin Müşahidə Şurasının qərarı ilə "PAŞA Bank"ın yeni sədr müavini təyin olunub.


Bu barədə "Report"a Bankın mətbuat xidmətindən məlumat verilib.
Sədr müavini vəzifəsinə öncə Bankın İdarə Heyəti sədrinin biznesin inkişafı üzrə müşaviri vəzifəsini tutmuş Cavid Quliyev təyin olunub.
C.Quliyev 1994-cü ildə Azərbaycan Dillər Universitetinin xarici dillər fakültəsini bitirib, 2000-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə və kredit” fakültəsini bitirməklə, ikinci ali təhsil alıb.
C.Quliyev öz əmək fəaliyyətini 1996-cı ildə, “British Bank of the Middle East” bankında (HSBC bankının törəmə bankı) Müştəri Xidmətləri Departamentinin direktoru vəzifəsində başlayıb, 1999-cu ildə isə fəaliyyətini həmin bankın Maliyyə Nəzarəti Departamentinin direktoru kimi davam etdirib. Elə həmin ildə C.Quliyev HSBC banklar qrupunun İdarəetmə Kollecini (“HSBC Group”un Təlim İdarəetməsi Kolleci) bitirib.
O, 2003-2014-ci illərdə ölkənin aparıcı banklarında rəhbər vəzifələrdə, həmçinin “Capital Resources Advisors” şirkətinin Azərbaycan filialının maliyyə məsələləri üzrə icraçı direktoru vəzifəsində çalışıb. 2014-cü ildə C.Quliyev "Paşa Holdinq"də baş müşavir vəzifəsinə təyinat alıb.
C.Quliyev "PAŞA Bank"da öz əmək fəaliyyətini 2015-ci ildə Bankın İdarə Heyəti sədrinin biznesin inkişafı üzrə müşaviri vəzifəsində başlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
[/related-news]
menyu
menyu