"AtaBank"a yeni sədr təyin olunub


“AtaBank” ASC-nin Müşahidə Şurasının qərarı ilə Dəyanət Namiq oğlu Quliyev Bankın İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub.


"Report"un Banka istinadən verdiyi xəbərə görə, Etibar Əmirxan oğlu Babaşlı “AtaBank”ın İdarə Heyətinin üzvü, sədr müavini təyin olunub.
İnzibatçının Mərkəzi Bankda təyinatı ilə əlaqədar olaraq, hazırda E.Babaşlı Bankın İdarə Heyətinin sədr əvəzi funksiyasını yerinə yetirir.
Qeyd edək ki, D.Quliyev 2014-cü ilin sentyabr ayından “Synergy Group” ASC-də rəhbər vəzifələrdə çalışır. O, əvvəlcə Müşahidə Şurasının sədri olaraq işə başlayıb, daha sonra İdarə Heyətinin sədri olub. 2015-ci ilin dekabr ayından İdarə Heyətinin ləğvi ilə əlaqədar Müşahidə Şurasının sədri təyin edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu