Qanunsuz narkotik dövriyyəsində təqsirləndirilən şəxsə hökm oxunub


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən 1968-ci il təvəllüdlü Rüzgar Ağalarovun cinayət işi üzrə məhkəməsi başa çatıb.


"Report"un məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə R.Ağalarov 7 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, R.Ağalarov ötən il polis əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərindən 3 qram narkotik maddə aşkarlanıb. R.Ağalarov Cinayət Məcəlləsinin 234-cü (qanunsuz narkotik maddələrin dövriyyəsi) maddəsi ilə ittiham olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu