3 qram narkotik vasitə və 7 il həbs cəzası


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən 1968-ci il təvəllüdlü Rüzgar Ağalarovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.


Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Səbuhi Hüseynov sədlik edib. Prosesdə hökm oxunub. Hökmə görə, R.Ağalarov 7 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, R.Ağalarov ötən il polis əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərindən 3 qram narkotik maddə aşkarlanıb. R.Ağalarov Cinayət Məcəlləsinin 234-cü (qanunsuz narkotik maddələrin dövriyyəsi) maddəsi ilə ittiham olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu