Aeroport yolunda avtobus qəzası: yaralıların sayı 21-ə çatdı-FOTO/VİDEO


Səhiyyə Nazirliyinin mətbuat xidmətindən virtualaz.org saytına verilən son məlumata əsasən, Bakıda aeroport yolunda 160 saylı marşrut avtobusla "VAZ 2109" markalı avtomobil və daha bir neçə maşının toqquşması nəticəsində xəsarət alanların sayı 21 nəfərə çatıb.

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.


Suraxanı Rayon Polis İdarəsindən verilən məlumata görə, Aeroport yolunda 160 saylı marşrut avtobusla “VAZ 2109” markalı avtomobil və daha bir neçə maşın toqquşub.

Nəticədə bir neçə nəfər xəsarət alıb.

Hazırda polis əməkdaşları hadisə yerində araşdırma aparırlar.

Səhiyyə Nazirliyindən APA-ya verilən xəbərə görə, ilkin məlumata əsasən, 11 nəfər xəsarət alıb, ölən yoxdur. 6 nəfərə yerində yardım göstərilib. 5 nəfər isə Sabunçu rayon 3 saylı Şəhər Klinik Xəstəxanaya aparılıb. Onlardan 3-nün vəziyyəti ağırdır.

[media=https://www.youtube.com/watch?v=9uk6IYEIk24]

APA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu