Biznesim böyükdür-Adil Əliyevdən etiraf


"Biznesimiz çoxdur, böyükdür. Bu qədər idman zallarımız, trenajor salonlarımız var".

Afn.az xəbər verir ki, bunu deputat Adil Əliyev virtualaz.org-a müsahibəsində deyib: "Əlbəttə ki, bunlardan gəlir əldə edirik. Həm idmançılar yetişdiririk, həm də əldə olunan gəlir federasiyamızın hesabına köçür. Bu məbləğ də yenə də idmançılarımız üçün xərclənir. Sağlam, vətənpərvər gənclik yetişdiririk. Ən böyük biznesimiz elə budur".
A.Əliyev deputat olmasa gələcəkdə məşğul olacağı işlər haqda da danışıb: "İndi övladlarım haqda düşünürəm. Onların təhsilini, gələcəyini fikirləşirəm. Millət vəkili olacağım, bizneslə məşğul olub-olmayacağım haqda yaxın vaxtlarda qərar verəcəm".
Millət vəkili general-leytenant Məhərrəm Əliyevin qardaşı olmasından fəxr duyduğunu qeyd edib: "Mən fəxr edirəm ki, Məhərrəm Əliyevin qardaşıyam. Amma bəzən qərəzli insanlar bu cür təqdim edir. Bundan da narahat deyiləm. Kifayət qədər səbrimiz var. Səbr edirik. Məhərrəm Əliyev böyük nüfuz sahibidir".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu