Goranboyda 19 ədəd minaatan başlığı tapılıb


Goranboyda 19 ədəd minaatan başlığı da daxil olmaqla silah-sursat tapılıb.


"Report"un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun Kələk kəndindən 19 ədəd minaatan başlığı, 33 ədəd yararsız minaatan alışdırıcısı, 9 ədəd “RPQ-7” qumbarasının alışdırıcısı, 3 ədəd mərmi və 1 ədəd alışdırıcısı tapılıb.
Faktla bağlı araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu