​Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib


Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.


Bu barədə "Report"a Komissiyanın üzvü Əliməmməd Nuriyev məlumat verib.
O bildirib ki, iclasda Komissiyaya daxil olan müraciətlərə baxılıb: "İclasda çoxsaylı müraciətlərə baxıldı. Bundan sonra da iclaslarımız davam edəcək".
Qeyd edək ki, Əfv Məsələləri Komissiyasının yeni tərkibinin ilk iclası martın 1-də keçirilib.
Novruz bayramı ərəfəsində Prezident İlham Əliyevin növbəti əfv fərmanı imzalayacağı gözlənilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu