Balakəndə 95 yaşlı kişi ağır yanıq xəsarətləri alıb


Balakən Rayon Mərkəzi Xəstəxanasından (RMX) verilən xəbərə görə, bu gün səhər təxminən saat 06:10-da rayonun Mahmalar kənd sakini, 1921-ci il təvəllüdlü Məhəməli Mohuma oğlu Mustafayev yanıq xəsarətləri ilə xəstəxanaya daxil olub.


Araşdırma zamanı məlum olub ki, 95 yaşlı M.Mustafayev yaşadığı evin vanna otağında qazı yandırmaq istəyərkən qısa müddətli alovla müşahidə olunan partlayış baş verib.

Nəticədə M.Mustafayev bədənin 2-ci və 3-cü A dərəcəli termiki yanıq xəsarətləri alıb.

Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən M.Mustafayevin vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu