Azyaşlının böyüklərdən təmizlik xahişi FOTOLAR


“Zibili çölə atmayın, xahiş edirəm”.

Hər gün səhər tezdən Respublika Sarayının yaxınlığında nənəsinə kömək edən 5 yaşlı Samirə yoldan keçənlərə belə müraciət edir. Nənə küçələri süpürür, balaca isə zibili atmaqda ona yardım edir.

13 saylı məktəbin biologiya müəllimi Vəfa Rəhimova azyaşlının küçədə işləməsinin səbəblərini öyrənməyə çalışıb: “Təmiz və səliqəli geyinən uşaq zibilin daşınmasına kömək edirdi. Nənəsi isə bildirdi ki, Samirə uşaq bağçasına gedir. Ailənin maddi yardıma ehtiyacı yoxdur. Uşağın bağçadan əvvəl nənəsinə yardım etməsi isə azyaşlıda əməyə hörmət, zəhmətin dəyərini aşılamaq üçün edilir. Uşaq küçələrdə təmizliyə riayət olunmasını xahiş edir. Nənə isə deyir ki, uşaqlarda əməyə hörmətin aşılanmaması, onları zəhmətə alışdırmamaq son nəticədə aqressiv gəncliyin formalaşmasına səbəb olur”.

Uşağın şəklinin sosial şəbəkədə paylaşılması isə marağa səbəb olub.

[/center]



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu