“Lotu Quli”nin azad olunması üçün də müraciətlər var


“Qanuni oğru”, hazırda 8 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən “Lotu Quli” ləqəbli Nadir Səlifovun üçdəbirlə azadlığa çıxması məsələsi yenidən gündəmə gəlib. Məlumatlara görə, 21 ildir ki, həbsdə yatan “Lotu Quli”nin azadlığa çıxarılması üçün onun ailə üzvüləri və yaxınlarına əfv ərizəsi yazması təklif olunub.


Məsələ ilə bağlı Nadir Səlifovun vəkili Təranə Əliyeva deyib ki, “Lotu Quli”nin azadlığa çıxması üçün bütün instansiyalara müraciət olunub: “Bu adam artıq 21 ildir ki, həbsdə yatır. Biz də istəyirik ki, nəhayət, azadlığa çıxsın. Bildiyim qədər onun azadlığa buraxılması üçün əfv ərizəsi yazılmayıb. Amma bütün yerlərə müraciət etmişik. Hələlik gözləyirik. Əslində Nadir Səlifovun anası tərəfindən bir il əvvəl əfv ərizəsi yazılmışdı, amma heç bir nəticəsi olmayıb. Amma təzəlikcə yazılmayıb. Müvəkkilimin ailə üzvlərinin yenidən əfv ərizəsi yazmaları onların hüququdur. Bu ərizə yenidən yazıla bilər”.

Vəkil əlavə edib ki, Nadir Səlifov əslən Gürcüstanlıdır və onun öz ölkəsinə ekstradisiyası əfv ərizəsinin yazılması ilə bağlı deyil. Bunlar başqa-başqa məsələlərdir: “Artıq Nadirin övladları böyüyüb. Həm həyat yoldaşı, həm də övladları onun azadlığa çıxmasını istəyir və bunun üçün müraciıtlər ediblər. Bizim də ümidimiz var ki, o, azadlığa çıxacaq”.(aznews.az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu