Balakəndə qız oğlanı bıçaqladı


Balakəndə 23 yaşlı oğlanı bıçaqlayan şəxsin kimliyi açıqlanıb.


APA xəbər verir ki, rayonun Gərəkli kənd sakini, 1993-cü il təvəllüdlü Vüsal Eyvaz oğlu Mustafayevin rayonun Qullar kənd sakini 19 yaşlı Xədicə Nəsib qızı Qarayeva tərəfindən bıçaqlandığı məlum olub.

X.Qarayeva şübhəli şəxs qismində saxlanılıb və hadisəni törətdiyini etiraf edib.

Aparılan ilkin istintaq zamanı məlum olub ki, Vüsal Mustafayev gecə saatlarında Xədicə Qarayevanın yaşadığı evə girib və onun atası Nəsib Qarayev ilə istintaqa məlum olmayan səbəbdən dava edib. Bunu görən Xədicə Qarayeva atasına kömək etmək məqsədi ilə Vüsal Mustafayevi bıçaqlayıb.

Faktla bağlı Balakən rayon Polis Şöbəsində araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu