​Yasamalda avtomobillər iki piyadanı vurub, sürücülər qaçıb


Bakı şəhəri, Yasamal rayonunda avtomobillər iki piyadanı vurub.


“Report”un xəbərinə görə, rayonun Kənar dairəvi yolunda naməlum avtomobil Biləsuvar rayon sakini, 36 yaşlı Heydər Babayevi vurub.
Bundan başqa, rayonun Yasamal Xiyabani küçəsi, 42 ünvanında naməlum avtomobill Bakı şəhər sakini, 17 yaşlı Gilə Əsədovanı vurub.
Hər iki yaralı xəstəxanada yardım aldıqdan sonra buraxılıb.
Hər iki faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu