QHT-lərə Dövlət Dəstəyi Şurası növbəti seçki keçirib


Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası üzvlüyünə “Qaçqın, köçkün, əlil və veteranların məsələləri” qrupu üzrə seçki keçirilib.

Şuranın mətbuat xidmətindən verilən məlumata görə, iclasa açıq səsvermə ilə Mirhəsən Seyidov sədr, Mətanət Əsgərqızı isə katib seçilib. Sonra say komissiyasının 5 nəfərdən ibarət tərkibi müəyyən edilib. M.Seyidov iclasda qeydə alınmış 96 QHT nümayəndəsindən 87-nin iştirak etdiyini deyib və təşkilati-texniki işlər haqqında məlumat verib.

Şura üzvlüyünə namizədlər “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli, Azərbaycan Respublikası “Əlil Qadınlar” Cəmiyyətinin prezidenti Məhluqə Rəhimova, “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun prezidenti Sərraf Orucov, “Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Birliyinin sədri İradə Nəsirova və “Xan Şuşinski” Fondunun prezidenti Bəyimxanım Verdiyeva iclasda çıxış ediblər.

Səsvermədən sonra nəticələr açıqlanıb. Ən çox səs toplayan ilk 3 nəfər Emin Həsənli (52 səs), Məhluqə Rəhimova ( 32 səs) və Sərraf Orucov (31 səs) olub.

Qeyd edək ki, sabah “İqtisadi və sosial məsələlər” qrupu üzrə seçkilər keçiriləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu